...

Azərbaycana qanunsuz yolla gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2014 16:52 (UTC +04:00)
Bakıda qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib.
Azərbaycana qanunsuz yolla gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Komitənin Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Mahmudov Xəyyam Məhəmməd oğlunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarəyə götürdüyü topdansatış mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı həmin mağazada ticarət fəaliyyəti ilə məşğul olan Ağayev Hamlet Həmidulla oğluna məxsus külli miqdarda aksiz markası, müxtəlif adda və həcmdə araqlar, həmçinin siqaretlər aşkar edilərək protokol əsasında götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti