...

Azərbaycan və Gürcüstan sərhədyanı ərazilərdə tezlik resurslarından istifadə prosedurunu razılaşdıracaqlar

Cəmiyyət Materials 26 İyun 2014 10:53 (UTC +04:00)
Azərbaycan və Gürcüstan sərhədyanı ərazilərdə istifadə edilən CDMA standartlı rabitə kanallarının növbəti monitorinqinin keçirilməsinə başlayıblar.
Azərbaycan və Gürcüstan sərhədyanı ərazilərdə tezlik resurslarından istifadə prosedurunu razılaşdıracaqlar

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və Gürcüstan sərhədyanı ərazilərdə istifadə edilən CDMA standartlı rabitə kanallarının növbəti monitorinqinin keçirilməsinə başlayıblar. Bunu Trend-ə Dövlət Radiotezliklər İdarəsindən (DRİ) deyiblər.

DRİ-dən qeyd ediblər ki, işlər dava əvvəl iki ölkənin rabitə administrasiyaları arasında imzalanmış protokol əsasında Azərbaycan və Gürcüstanın CDMA operatorlarının iştirakı ilə 1 həftə ərzində aparılacaq.

İmzalanan saziş sərhədyanı ərazilərdə radiotezlik spektrinin istifadəsinin sadələşdirilməsini və radioelektron vasitələr tərəfindən mümkün maneələrin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, hər iki ölkə eyni baza stansiyalarından və eyni tezlik resurslarından istifadə edir ki, bu da maneələr yaradır. Tərəflər CDMA standartlı rabitə xidməti göstərmək üçün 800 MHz tezlik spektrindən bərabərhüquqlu istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti