DSMF İsmayıllıda regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib (FOTO)

DSMF İsmayıllıda regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti "Açıq qapı günü"-vətəndaş forumunu noyabrın 28-də İsmayıllı rayonunda keçirib. "Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır" adlı regional tədbirdə İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ağsu, Kürdəmir və Qəbələ rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Forumda bildirilib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunan "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır.

Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, Dünya Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Regional forumda qeyd olunub ki, 2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 912 minə yüksəlib.

Tədbirdə məlumat verilib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər birşəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı diqqətə çatdırıb ki, DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Bundan əlavə, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çagrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb. "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat" xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

Tədbirdə ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan "Pensiya+"xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

Diskussiya şəraitində davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Loading Bars
Xəbər lenti
Bakıda ev yanıb
Məcburi köçünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Bütün xəbərlər