...

Bakıda polis rəisini güllələyənə ömürlük həbs cəzası verildi

Cəmiyyət Materials 29 Dekabr 2014 12:32 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda polis rəisini güllələyənə ömürlük həbs cəzası verildi

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Gülağa Lətifova hökm oxunub. Məhkəmənin hökmü ilə Gülağa Lətifov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti