Fikrət Yusifov: "Seçkilərə qatılmaq haqqında heç vaxt düşünmədim" (MÜSAHİBƏ)

Fikrət Yusifov: "Seçkilərə qatılmaq haqqında heç vaxt düşünmədim" (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müsahibəsi

- Fikrət müəllim, rəhbərlik etdiyiniz təşkilat artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində qarşıya qoyduğunuz məqsədləri nə dərəcədə reallaşdıra bilmisiniz?

- Təbii ki, hər hansı bir təşkilat yaradılarkən onun qarşısında konkret məqsədlər qoyulur, hədəflər müəyyənləşdirilir. Biz də öz təşkilatımızı yaradarkən qarşımıza konkret məqsədlər qoymuşduq. Mən uzun illər Azərbaycandan kənarda yaşasam da, ölkə mətbuatını həmişə yaxından izləyirdim. Hər dəfə iqtisadi mövzuları əhatə edən yazıları oxuyarkən belə bir qənaətə gəlirdim ki, mətbuatda iqtisadi məsələlər obyektiv araşdırılmır, birtərəfli yanaşmalarla müşahidə olunan təhlillər verilir. Yəni boşluq görürdüm bu sahədə. Görünən həm də o idi ki, bir neçə iqtisadçı bu sahəni inhisara alaraq cəmiyyətə dəqiqləşdirilməmiş rəqəmlər ötürür, siyasi maraqlara söykənən yazılarla çıxış edirlər. Bu adamlara tutarlı arqumentlərlə, real faktlara əsaslanan yazılarla cavab verilmirdi və nəticədə cəmiyətdə belə təsəvvür yaranırdı ki, həmin o 3-5 nəfərin dediyi həqiqətdir. Müşahidə edirdim ki, mətbuatda iqtisadçı-ekspert kimi çıxış edən adamların arasında bağlılıq və həmrəylik var. Bu adamlar bir-birnə pas ötürür və hökumətin guya yarıtmaz fəaliyyətini göstərən, əslində isə qeyri-dəqiq rəqəmələrin və ona söykənən yanlış informasiyaların daha çox tirajlanmasına dəstək verirdilər. Bir sözlə, kim nə istəyirdisə, onu da yazırdı. Təbi ki, bu cür yazılar iqtisadi biliyi zəif olan sadə vətəndaşlara əsl reallığın nədən ibarət olduğunu aydınlaşdırmağa imkan vermirdi və çaşqınlıq yaradırdı. Hakimiyyəti təmsil edən şəxslərin və hakim partiya nümayəndələrinin belə yazılara verdiyi cavablara da cəmiyyət ürək qızdırmırdı. İnsanlar düşünürdülər ki, bu sıradan olan adamlar da mütləq hökumətin atdığı addımları dəstəkləməlidirlər. Odur ki, uzun müşahidələrimizə əsaslanıb belə qənaətə gəldik ki, ölkənin real iqtisadi vəziyyətinə mütləq obyektiv qiymət verilməli və bu işi ancaq müstəqil bir təşkilat, hər hansı bir tərəfə siyasi bağlılığı olmayan şəxslər etməlidir. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin yaradılması da elə bu zərurətdən irəli gəldi.

- Dediyiniz boşluğu bu bir il ərzində aradan qaldıra bildinizmi?

- Bunun belə olub-olmadığını mən deyə bilmərəm. Qoy buna fəaliyyətimizi kənardan izləyənlər qiymət versinlər. Mən ancaq onu deyə bilərəm ki, biz iqtisadi reallıqları təhrif etmək yolu ilə cəmiyyəti çaşdırmağa hesablanmış yazıları heç bir halda cavabsız qoymamışıq. Obyektivlikdən uzaq, bəzi hallarda qərəzdən, bəzi hallarda isə sırf sıyasi maraqlardan irəli gələn yazılardakı rəqəmlərin uydurulduğunu və havadan götürüldüyünü dəqiq və təkzibolunmaz faktlarla üzə çıxarıb, həmin yazı müəlliflərini sağlam dialoqa da çağırmışıq. Demişik, gəlin, birgə masa arxasında oturaq, baxaq. Göstərin görək bu rəqəmləri haradan götürmüsünüz? Onları hansı iqtisadi metodikaya əsaslanıb hesablamısınız? Lakin daşdan səs çıxıb, bu adamlardan yox. Əvəzində iqtisadçılara xas olmayan davranış nümunələri gördük. Bəzilərinin əsəbi davam gətirmədi, illərdir yararlandıqları "toxunulmazlıq statusu"ndan mərhum olunduqlarına dözməyib təhqirə keçdilər. Təhqir edən qanun qarşısında cavab verəcək. Biz hüquqi dövlətdə yaşayırıq və hər bir kəs öz sözünün, öz əməlinin məsuliyytini daşımalıdır. Özü də çox qəribədir, əvvəlcə təhqir edir, sonra deyirlər ki, gəlin müzakirə aparaq, söhbət edək. Hesab edirik ki, təhqir səviyyəsinə enən birisi ilə diskusiya aparmaq mümkün deyil.

- Əslində belə diskussiyaları hər iki tərəfin çıxış etdiyi mətbuat orqanları da təşkil edə bilər. Bu, onu təşkil edən mətbuat orqanı üçün də maraqlı olar...

- Dediklərinizlə tam razıyam. Ancaq təəssüflər olsun ki, bizdə belə təcrübə yoxdur. Ötən bir il ərzində mətbuatdan bir dəfə də olsun belə təklif almadıq. Məsələn, bu yaxınlarda on ay ərzində əməkdaşlıq etdiyimiz nüfuzlu bir qəzet cəmiyyətə yanlış iqtisadi informasiyalar ötürən müəlliflərin yazılarını təkzib etdiyimiz və həmin müəlliflərin siyasi maraqlarına görə obyektiv təhlillər aparmadıqlarını sübut etdiyimiz üçün bizimlə əməkdaşlığı dayandırmaq qərarı verdi. Əməkdaşlığın dayandırılmasının motivi isə belə oldu: "Siz bizi dostlarımızla düşmən edirsiniz". Düşünürəm ki, belə yanaşma obyektivlikdən çox uzaqdır və müzakirə olunan iqtisadi məsələlərə dair oxucuya əsl həqiqətin çatdırılmasına maraq göstərilməməsindən irəli gəlir. Obyektiv mövqedə dayanmağı seçim etmiş bir mətbu orqan müzakirəyə çıxarılmış məsələ ətrafında fərqli fikirlər söyləyən mütəxəssisləri redaksiyaya dəvət edib, dəyirmi masa təşkil edə və bununla kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə bilərdi. "Siz bizi dostlarımızla düşmən edirsiniz"... Bu nə deməkdir? Məsələlərə belə primitiv yanaşmaq olarmı? Əgər sizin dostlarınız ayrı-ayrı xarici ölkələrin maraqlarından çıxış edib Azərbaycanın iqtisadi durum barədə düzgün olmayan təsəvvürlər yaratmağa çalışırlarsa, bu işin başında duranlardan biri Amerikada oturub ayda bir-iki dəfə ölkəmizə daş atmaqla məşğuldursa, biz buna göz yummalıyıq? Əgər kimlərsə jurnalistikanın qızıl prinsiplərini dost-qardaş, əqraba münasibətlərinə qurban verirsə, onda daha yaxşı olar ki, bunu açıq şəkildə dilə gətirsinlər və biz də işimizi bilək. Normalda müstəqil - obyektiv sayt, qəzet dostbazlıqdan, yerlibazlıqdan uzaq olmalıdır. Heç kəs özündən razı olmasın, rəsmi statistika ilə bu gün müstəqil mətbu orqanlar içərisində ən çox oxunan da elə "Bizim yol"-dur. Ondan sonrakı yerdə dayanan saytın oxunma sayı "Bizim yol"dan iki dəfə azdır.

- Qərbin Azərbaycanda demokratiya, söz və mətbuat azadlığı, insan haqları ilə bağlı basqıları son zamanlar bir xeyli artıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- İstərdim ki, bu suala bir qədər geniş cavab verim. Şübhəsiz, biz hüquqi dövlət qururuq. Bu səbəbdən də hər kəsin atdığı addımın, cəmiyyət qarşısında söylədiyi fikirlərin hüquqi söykəntisinin olması çox vacib şərtdir. Baxın, demokratiya beşiyi adlandırılan Qərbə. Vətəndaş ictimai yerdə davranış qaydalarını pozarsa, dərhal həbs oluna və ya polisin əmrlərinə tabe olmadığı halda yerindəcə güllələnə bilər. Belə halların baş verdiyini təsdiq edən yüzlərlə görüntülər var. Qanunların bu qədər həssaslığından biz hələ ki, uzaqda olsaq da, hüquqi dövlət qurmaq yolunu tutduğumuzdan, biz də qanunlarımızın həssaslığının artırılması, onların təsir gücünün yüksəldilməsinə doğru getməliyik. Qərb ölkələrini təmsil edənlərdən soruşmaq lazımdır: Siz qürrələndiyiniz və nümunə göstərdiyiniz demokratiyanıza necə və nə qədər vaxta nail olmusunuz? Bulirsiniz, hər bir məhsul öz yetişmə dövrünü təbii keçməlidir. Hər şey tədricən olmalıdır. Bu tədricilik ona görədir ki, biz Qərbin qanunlarla müəyyən etdiyi bəzi "ifrat həssaslıqları" təkrar etməyək, onları qəbul edərkən milli dəyərlərimizin deqradasiya olunmasına yol verməyək. Nəhəng şəhərlərin tikintisi qısa müddətə başa çatdırıla bilmədiyi kimi, insanların həyata baxışlarında əsaslı dönüşə gətirib çıxara biləcək şüurdakı inqilabların da qısa zamanda baş verməsi real deyil. Zaman göstərir ki, bu yolun əksini tutub tələskənliyə yol veriləndə bunun fəsadları çox ağır olur. Sizə bir misal göstərim. 1985-ci ildə Mixail Qorbaçov Sovetlər Birliyində yenidənqurma adı altında demokratik islahatlara start vermək istədi. Bu yolda ilk addımlardan biri "suxoy zakon" oldu. Qısa zaman kəsiyində SSRİ ərazisində bütün üzümlüklər ləğv edildi, spirtli içkilərin satışı kəskin azaldılmaqla yanaşı ciddi nəzarətə götürüldü. Nəticədə nə baş verdi? Bu qərardan heç 2 ay keçməmiş Rusiyada artıq hər kəsin evində "samoqon" istehsal edən sadə qurğular işə düşdü. Dünənə qədər mağazadan alınan spirtli içkinin hansı məhsuldan çəkildiyini bir o qədər dəqiq bilməyənlər artıq istədikləri məhsuldan içki hazırlamağa başladılar. Çox təhlükəli əks nəticə alındı. İnsanlar ağılsız, tələsik qərarın cavabını evlərdə daha ucuz və daha keyfiyyətli spirtli içki istehsalını təşkil etməklə cavab verdilər. Başqa bir misal. Yaxın Şərqdə demokratiya qurmaq adı altında qərbin təşkil etdiyi "ərəb baharı" bu xalqlara nə verdi? Həmin ölkələrdə illərdir qan tökülür və bunun sonunu kimsə görə bilmir. Baş verənlərin kökündə ciddi bir təbiilik var. "Demokratik inqilab" baş verən bu ölkələrdəki insanlar əsrlər boyu tamam başqa prinsiplərlərlə yaşayıblar. Fərqli dünya görüşünə və təfəkkürə malik insanların qısa müddət ərzində dəyişməsi, yeni standartlara uyğunlaşması mümkün deyil. Qərb ölkələri də bunu yaxşı bilirlər. Amma onların siyasi maraqları, nüfuz dairəsini genişləndirmək həvəsi və başqa bir dünya nəhəngini sıxışdırmaq istəyi ilə ərəb ölkələrini guya demokratikləşdirməyə çalışırdılar. Əvəzində isə həmin ölkələr qan çanağına, terror yuvalarına çevrildi. Sual olunur: Bu xalqlara belə demokratiya lazım idimi? Proseslər başlayanda düşünürdülərmi ki, demokratiyanın al bayrağı altında başlanan bu oyunlar hansı faciələrə səbəb olacaq? İndi oralarda sabitlik tamamilə itib, demokratiyanın heç işartısı da görünmür .

- Nəhayət Azərbaycana keçəkmi?..

- Azərbaycanla bağlı məsələ aydındır. Ölkəmizə qarşı sərgilənən mövqe heç bir halda ədalətli hesab oluna bilməz. Amerikanın və Avropanın demokratiya tarixinə baxın. Yüz illər sərf ediblər buna görə. İndi başqalarından tələb edirlər ki, bizim əsrlər boyunca formalaşmış ənənələrimizi siz bir neçə ilə mənimsəyin. Üç əsrə yaxın bir müddət ərzində qaradərilini yanında görməyi özünə təhqir sayanlar və ya ictimai nəqliyyatda biletsiz gedən sərnişinləri məhkəməsiz yerindəcə güllələyənlərin bugünkü bəyanatları, irəli sürdükləri tələblər, qəbul etdikləri qətnamələr əslində heç də insan haqlarına, söz və mətbuat azadlığına sayğıdan irəli gəlmir. Burada yeganə məqsəd Azərbaycanı özlərinə tabe etdirmək, onun müstəqil siyasətinə əngəllər yaratmaqdır. Sonuncu yazımızda da qeyd etmişik ki, dünyanın əksər ölkələrində olmayan azadlıqlar var Azərbaycanda. Hər kəs sərbəst şəkildə sosial şəbəklərdən istifadə edir. İnternet tamamilə azaddır. Kim nə istəyirsə, çəkir və Youtube-ye qoyub, yayır bütün dünyaya. Bunlar varkən, ölkədə söz azadlığının olmadığını, insanların öz fikirlərini ifadə edə bilmədiyini necə iddia etmək olar? Bizim öz inkişaf modelimiz var və elə həmin Qərb dairələrini də nararahat edən budur. Azırbaycanı geridə qalmış ərəb-müsəlman ölkələri ilə müqayisə etmək olmaz. Bizim dövlətçilik tariximiz, multikultural dəyərlərimiz və ənənələrimiz var. 70 illik kommunist əsarətindən sonra müstəqilliyimizi bərpa edib inkişaf yoluna qədəm qoymuşuq. Bu qısa müddət ərzində isə kifayət qədər ciddi nəticələr əldə etmişik . İstədiyimiz odur ki, kimsə bizi öz maraqlarının əsirinə, hansısa nüfuz savaşlarının iştirakçısına çevirməyə cəhd etməsinlər. Öz yolumuzla gedib demokratiyanın da, iqtisadi inkişafın da ən yüksək standartlarına çatacağıq. Müdaxilələr olacaqsa, bütövlükdə cəmiyyətimiz buna qarşı çıxacaq. Kənar qüvvələrin maliyyəsinə uyub öz dövlətinin maraqlarına qarşı çıxanlar tapılacaqsa, bunu da dövlətin xüsusi xidmət orqanları müəyyən edib qanunun tələb etdiyi şəkildə addımlar atılacaq.

- Siz fəaliyyətə başlayanda hər kəs düşününrdü ki, Fikrət Yusifov seçki kompaniyasına start verib. Ancaq deputatlığa namizədliyinizi irəli sürmədiniz...

- Bəli, mən də mətbuat səhifələrində belə fikirə rast gəlmişəm. Ancaq əsl həqiqət budur ki, mənim qarşımda heç vaxt belə bir məqsəd olmayıb. Bir mütəxəssis, bir iqtisadçı kimi fikirlərimi rəhbərlik etdiyim "Ekonomiks" BİAB-ın tribunasından cəmiyyətə çatdıra bilirəm. Bilirsiniz, əsas işin forması deyil, onun məzmunudur. Məsələlərə belə yanaşdığımdan seçkilərə getmək haqqında heç düşünmədim.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Neftin qiməti artmağa başlayıb
Fransada "omikron" ştammına 25 yoluxma halı qeydə alınıb
ABŞ Pekin olimpiadasını diplomatik boykot etdi
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Azərbaycan Burkina-Fasoya 100 min ədəd peyvənd göndərib
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Azərbaycan XİN rəhbərinin müavini IFRC Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ərdoğan Qətərə səfərə gəlib
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli
Nağdsız ödənişlərin hansı faydaları var?
Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi
Prezident İlham Əliyev - Ermənistana: Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq (VİDEO)
Prezident İlham Əliyev: Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər (VİDEO)
Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib
Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub
Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Müdafiə nazirinin müavini Moskvaya yola düşüb
Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb
Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşüb (FOTO)
Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)
Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO/VİDEO)
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Britaniyada ən populyar oğlan adı Məhəmməd olub
Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)
DİN və prokurorluq adından istifadə edən dələduza hökm oxundu
İndoneziyada vulkan nəticəsində ölənlərin sayı 22-yə çatdı
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Baş Prokurorluqda amnistiya qərarına dair brifinq keçirilib
Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ərazisinin yarıdan çoxu minalardan təmizlənib
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb
Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Azərbaycanın qeyri-neft ixracı 44% artıb
Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir
Avstriyanın yeni kansleri and içib
EKVİTA-nın dəstəyi ilə Agro Dairy Azərbaycanın aqrar sektorunda ilk ISO 37001 sertifikatlı şirkəti oldu
Narkotiklə tutulan şəxslərin digər cinayət əməllərinin də üstü açıldı (FOTO)
İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
AccessBank-dan illik 11%-dək qazandıran depozit
"Imperial Springs" Beynəlxalq Forumunda Çin Xalq Respublikasının Sədri açılış nitqi söyləyib (FOTO)
Xaricdən işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir?
Rusiyaya daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib
Ölkəmizə idxal edilən bibər məhsullarında virus aşkarlanıb
“Qanlıgöl”də vətəndaşların alçaldıcı videolarını çəkən dəstə üzvləri həbs edilib (FOTO/VİDEO)
Rusiyada iki nəfərdə "omikron" ştammı qeydə alınıb
Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı
Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır - Baş Prokurorluq
İranda daha 77 nəfər koronavirusdan ölüb
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb
Azərbaycanda son amnistiyaya düşən xarici vətəndaşların sayı açıqlanıb
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)
Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib
Könüllülər Forumu başlayıb (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada Heydər Əliyev Fondu tərəfindən inşa edilən 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Quba ABAD Factory” müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər (FOTO/VİDEO)
UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub (FOTO)
Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlanıb
Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)
Rusiyada "delta" ştammının unikal variantı tapılıb
Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu (VİDEO)
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Bütün xəbərlər