...

Trend-in xəbərləri KATV1-in “Myvideo Smart Boxu” qurğusu ilə ekranlarda əlçatan oldu

Cəmiyyət Materials 3 Fevral 2016 10:24 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərləri KATV1 şirkətinin “Myvideo Smart Boxu” qurğusunun köməkliyi ilə ekranlarda əlçatan olub. Bunu Trend-ə şirkətdən deyiblər.
Trend-in xəbərləri KATV1-in “Myvideo Smart Boxu” qurğusu ilə ekranlarda əlçatan oldu

Bakı. Hüseyn Vəliyev - Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərləri KATV1 şirkətinin "Myvideo Smart Boxu" qurğusunun köməkliyi ilə ekranlarda əlçatan olub. Bunu Trend-ə şirkətdən deyiblər.

"Myvideo Smart Boxu" qurğusu internet vasitəsilə televizorda videokontentə və televiziya kanallarına çıxış əldə etməyə imkan verir.

Şirkətdən qeyd ediblər ki, xəbər portalının "Myvideo Smart Boxu"na inteqrasiyası informasiya portalının xəbərlərini bilavasitə televizorun ekranında oxumağa imkan verir.

Həmçinin, şirkət fevralın 2-dən yeni xidməti işə salıb - müxtəlif janrlara bölünmüş musiqi kontentin dinlənilməsi, müxtəlif radiokanalların böyük seçimi də mövcuddur.

"Myvideo Smart Boxu" sahiblərinə milli telekanallara 10 gün "geri çevirmə" (arxivləşdirmə) ilə pulsuz baxma, təxirə salınmış baxış (canlı efirdə "fasilə") fürsəti verilib.

Bundan başqa, "Myvideo Smart Boxu" vasitəsilə myvideo.az/ saytında zəngin videotekaya çıxış əldə etmək olar. Saytda müasir kinofilmlər və teleseriallar toplanıb.

"Myvideo Smart Boxu" qurğusunun özəlliklərindən biri də televiziya ekranından "Skype", "Instagram", "Facebook" və "Youtube" kimi populyar əlavələrə çıxışdır ki, bu da istənilən televizoru "Smart TV"yə çevirmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti