...

FHN: Azərbaycanla Pakistan fövqəladə halların qarşısının alınmasında əməkdaşlığı inkişaf etdirəcək

Cəmiyyət Materials 2 Mart 2016 14:09 (UTC +04:00)
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN: Azərbaycanla Pakistan fövqəladə halların qarşısının alınmasında əməkdaşlığı inkişaf etdirəcək

Bakı. Trend:

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, K.Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib. O, qonaqlara FHN-nin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən general Rəşad Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti