...

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə "Təhsil, elm və mədəniyyət" qrupu üzrə seçki keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2016 19:13 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Təhsil, elm və mədəniyyət” qrupu üzrə seçki keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə "Təhsil, elm və mədəniyyət" qrupu üzrə seçki keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Təhsil, elm və mədəniyyət" qrupu üzrə seçki keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasa açıq səsvermə ilə Məhərrəm Zülfüqarlı sədr, Venera Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. M.Zülfüqarlı iclasda qeydə alınmış 100 QHT nümayəndəsindən 98-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Şura üzvlüyünə namizədlər "XXI Əsr Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Etibar Əliyev, "İntellekt" Elmi-Texniki İnkişafa Dəstək İctimai Birliyinin sədri Yasin Kərimov, Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri Azay Quliyev, "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev, "Yayım" Assosiasiyasının prezidenti Yaşar Zeynalov iclasda çıxış ediblər. Etibar Əliyev namizədliyini Azay Quliyevin xeyrinə geri götürdüyünü açıqlayıb.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər A.Quliyev (95 səs), Y.Zeynalov (15 səs) və Y.Kərimov (10 səs) olub.

Qeyd edək ki, sabah "Gənclər və vətənpərvərlik tərbiyəsi" qrupu üzrə seçkilər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti