...

Sabah hava daha da isti olacaq

Cəmiyyət Materials 27 İyun 2016 13:32
İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Sabah hava daha da isti olacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı ehtimalı var.

İyunun 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Temperaturun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti