Bakı. Trend:
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, nazirin digər əmri ilə E.Aslanov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub.
Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.
Qeyd edək ki, E.Aslanov buna qədər Mingəçevir şəhər Polis Şöbəsində rəis müavini və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalışıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edirdi.
Ağstafa rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.