...

"Azerspace-1"in resurslarından daha hansı dövlət istifadə etmək niyyətindədir?

Cəmiyyət Materials 14 Fevral 2017 08:21 (UTC +04:00)

Bakı. Səba Ağayeva - Trend:

Pakistan Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə etmək niyyətindədir. Bunu Trend-ə müsahibəsində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Səfir deyib ki: "Bu məsələyə ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı ötən il baxılıb. Azərbaycan Pakistana milli telekommunikasiya peykinin resurslarından istifadə etməyi təklif edib. Bu məsələyə hazırda Pakistanın müvafiq qurumları tərəfindən baxılır və bu sahədə əməkdaşlıq etmək planlaşdırılır".

Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılmağı gözlənilir.

Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti