...

Polşalı gimnast: Bakıda keçirilən bu Dünya kuboku Rio Olimpiadasından daha yaxşı təşkil olunub

Cəmiyyət Materials 18 Fevral 2017 21:10 (UTC +04:00)
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kuboku Rio Olimpiadasından daha yaxşı təşkil olunub.
Polşalı gimnast: Bakıda keçirilən bu Dünya kuboku Rio Olimpiadasından daha yaxşı təşkil olunub

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kuboku Rio Olimpiadasından daha yaxşı təşkil olunub. Bunu Trend-ə polşalı batutçu Artur Zakjevski deyib.

İdmançı deyib: "Hər şey çox yüksək səviyyədə təşkil olunub. Onu da deyim ki, təşkilat səviyyəsinə görə bu, mənim iştirak etdiyim ən yaxşı yarışmadır. Bu yarışlar hətta Olimpiya oyunlarından yaxşı təşkil olunub".

Öz çıxışı barədə danışan idmançı qeyd edib ki, çıxış çox yaxşı alınmayıb: "Sinxron çıxışlar yaxşı keçdi, amma fərdi olaraq mən pis çıxış etdim. İlk cəhddə uğursuz çıxış etdim və finala çıxa bilmədim. Ümid edirəm ki, sinxron tullanmada finala çıxa biləcəyik".

Xəbər lenti

Xəbər lenti