...

Bakıda beton qarışdıran yük maşını zəncirvari qəza törətdi, prospekt bağlandı (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2017 16:21 (UTC +04:00)
Bakıda zəncirvari yol qəzası baş verib.
Bakıda beton qarışdıran yük maşını zəncirvari qəza törətdi, prospekt bağlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda zəncirvari yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib.

Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.

Qəzada minik avtomobillərinə ciddi ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti