...

Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi (FOTO)

Cəmiyyət Materials 19 Mart 2018 11:19 (UTC +04:00)
17 mart 2018-ci il tarixində Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşüb.
Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi (FOTO)

Bakı. Trend:

17 mart 2018-ci il tarixində Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşüb.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.

Daha sonra görüş iştirakçıları çıxış edərək hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verilib.

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.

Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Aydın Hüseynov bayram tonqalını yandırıblar. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstəriblər. Tədbir iştirakçılarını Novruz şirniyyatına qonaq ediliblər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.

Tədbirin sonunda bayram konserti keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti