...

Nazirlik: Dənizdəki plastik çirklənməyə görə həyəcan təbili çalınmalıdır

Cəmiyyət Materials 14 Sentyabr 2018 12:16 (UTC +04:00)
Plastik tullantılar nəticəsində plastik çirklənməyə görə həyəcan təbili çalınmalıdır.
Nazirlik: Dənizdəki plastik çirklənməyə görə həyəcan təbili çalınmalıdır

Bakı. Samir Əli - Trend:

Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".

Şöbə müdiri əlavə edib ki, plastik çirklənmə prosesi aktivləşib: "Bu da ekoloji mühitdə daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Plastik tullantılar nəticəsində plastik çirklənməyə görə həyəcan təbili çalınmalıdır. Əhali diqqətli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti