...

Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb

Cəmiyyət Materials 20 İyun 2019 17:30 (UTC +04:00)
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend- ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş 34 yaşlı Şahin Rəsulov saxlanılıb. Polis Şöbəsində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ümumi çəkisi 232 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti