ÜST Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə “PROACT-Qayğı” layihəsinə başlayıb (FOTO)

ÜST Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə “PROACT-Qayğı” layihəsinə başlayıb (FOTO)

Bakı. Trend:

“PROACT-Qayğı” layihəsinin əsas tərəfdaşlarının bir yerə toplaşdığı açılış tədbiri ilə Şamaxı rayonunda layihənin icrasına başlanılıb.

ÜST-nin Azərbaycan Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, "PROACT-Qayğı” COVID-19 kontekstində zəruri səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və “UHC-Əməkdaşlıq” təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.

“Səhiyyə işçilərimiz ağır pandemiya şəraitində öz vacib missiyalarını həyata keçirmək üçün daima bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. Biz də çalışırıq kı, bu prosesdə onlara hərtərəfli dəstək olaq. Bu gün bu dəstəyə görə buraya toplaşmış hər kəsə Şamaxı səhiyyə işçiləri adından dərin təşəkkürümü bildirirəm” deyə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib. O, həmçinin, Şamaxıda pandemiyaya qarşı mübarizdə istifadə ediləcək geo-analitik səhiyyə xəritəsini təqdim edib və bildirib ki, “Rayon ərazisindəki tibb müəssisələri və oradakı bütün xidmətlər sistemləşdirilərək elektron xəritə üzərinə köçürülüb. Bu xəritə vasitəsilə məlumatlar vizuallaşdırılır və mövcud vəziyyətlə bağlı hesabatlar əldə edilir. Həmçinin COVID-19-a yoluxma və vaksinləşmə ilə bağlı ən son məlumatlar xəritə üzərində görüntülənir.”

“USAID Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi və səhiyyə işçiləri üçün təlim layihələrini dəstəkləməkdən qürur hissi keçirir. Səhiyyə işçiləri COVID-19-a qarşı mübarizənin ön cəbhəsində dayanırlar. Bu, həkimlər, tibb bacıları və qardaşları və digər səhiyyə işçilərinin bizim gündəlik həyatımızda, eləcə də iqtisadi inkişafın təmin edilməsində nə qədər vacib rol oynadıqlarını sübut edir,” USAID-nin Azərbaycandakı missiya direktoru Dr. Cey Sinqx bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ hökuməti pandemiyanın sonlandırılması üçün Azərbaycan hökuməti ilə birgə çalışmağa davam edəcəkdir.

“PROACT-Qayğı” layihəsi vasitəsilə Şamaxı əhalisi ixtisaslı heyət tərəfindən təmin edilən və diaqnostika və müalicə üçün gərəkli müasir avadanlıqla təchiz edilmiş keyfiyyətli ilkin səhiyyə xidmətinə çıxış əldə edəcək,” deyə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı qeyd edib. O bildirib ki, layihənin Şamaxıda yaratmağa çalışdığı güclü ilkin səhiyyə xidməti insanların daha uzun və daha sağlam həyat yaşamasına, səhiyyə xərclərinin aşağı düşməsinə, səhiyyəyə ayrılan vəsaitin optimallaşdırılmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracaq.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan bildirib ki, “UNİCEF ÜST-lə əməkdaşlıqda Azərbaycanda ilkin səhiyyə sisteminin vacib komponenti olan ana və uşaq sağlamlığının yaxşılaşdırılması üçün “PROACT-Qayğı” layihəsinə töhfə verəcək.” O söyləyib ki, ilkin səhiyyədə ana və uşaq sağlamlığı və qidalanma ilə bağlı zəruri səhiyyə xidmətlərinin göstərilməsi sahəsində yerli səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması üçün UNICEF-in mövcud təlim paketləri Şamaxı səhiyyə işçilərinə təqdim ediləcək.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov “PROACT-Qayğı” layihəsinin tərəfdaşlarına Şamaxıda bu layihənin həyata keçirilməsi üçün təşəkkürünü bildirib və layihənin Azərbaycanın digər rayonlarında da tətbiq edilməsinə dəstəyini ifadə edib. O qeyd edib ki, Heydər Əliyev Fondu artıq Şamaxıda bir sıra ilkin səhiyyə müəssisələri inşa edib və fond ilkin səhiyyənin gücləndirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Tədbir iştirakçıları cari ilin 4 fevralından etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzini də ziyarət edib. USAID-in maliyyə və ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT-Təlim” layihəsi çərçivəsində yaradılan mərkəz 15 maya qədər Şamaxı və ətraf rayonlardan olan 400-ə qədər tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a cavab tədbirləri sahəsində təlim keçəcək. Təlim mərkəzi daha sonra Şamaxı Mərkəzi Rayon Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.

“PROACT-Qayğı” layihəsinin tərəfdaşları həmçinin Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə baş çəkib. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onlarlarla ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə edib.

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Loading Bars
Xəbər lenti
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-preziedenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Bütün xəbərlər