...

Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ

Cəmiyyət Materials 12 Aprel 2021 16:44 (UTC +04:00)
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ

Bakı. Trend:

Layihəyə müraciətlərin qəbulu başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramına dəstək məqsədilə birgə “Baramaçılığın inkişafına dəstək” layihəsinə başlayır.

ƏƏSMN-dən Trend-ə bildirilib ki, 20 nəfərin cəlb olunacağı layihə pilot olaraq baramaçılıq üçün əlverişli olan 4 rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkir) əhatə edir.

Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:

- Baramaya baxmağa istək və təcrübə olmalıdır;

- Əmlakdan təyinatına uyğun istifadə etməli, kümxana salınıb təhvil verildikdən sonra baramaya düzgün qulluq etməlidir;

- Kümxana təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;

- Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;

-Təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsi qadağandır.

Layihəyə müraciət edən şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçiriləcək və sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə barama ilə təmin ediləcəklər.

Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürüləcək. Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

Proqrama müraciət etmək istəyənlər müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər.

Layihədə iştirak üçün son müraciət tarixi 25 apreldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti