...

BDU-nun professoru vəfat edib

Cəmiyyət Materials 9 Noyabr 2021 12:48 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetindən məlumat verilib.

72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti