...

Azərbaycanda iki uşaq reabilitasiya mərkəzi açılacaq

Cəmiyyət Materials 19 Noyabr 2021 11:43 (UTC +04:00)
Azərbaycanda iki uşaq reabilitasiya mərkəzi açılacaq

Bakı. Çingiz Səfərli - Trend:

Yaxın vaxtlarda Azərbaycanda iki yeni uşaq reabilitasiya mərkəzi fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bunlardan biri Qəbələdə, digəri isə Şəmkirdə açılacaq:

"Hazırda ölkə üzrə 13 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Yaxın 2 ay ərzində 2 yeni mərkəzin açılışı nəzərdə tutulur. Əlilliyi olan şəxsləri tibbi sosial ekspert komissiyalarına müraciət edərək elektron növbəyə durub, xidmətlərdən yararlanmağa çağırıram", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti