...

Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır

Cəmiyyət Materials 29 Noyabr 2021 11:30 (UTC +04:00)
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa olunur. Mərkəzin tikintisi artıq yekunlaşır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

25 çarpayılıq mərkəzdə il ərzində 1000-dən çox sağlamlıq imkanları məhdud uşağa səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla ambulator və stasionar formada reabilitasiya xidmətləri göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti