...

Sosial reabilitasiya müəssisəsində postmüharibə dövründə 50-dən çox gözdən əlilliyi olan şəxsə xidmətlər göstərilib (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2022 14:50 (UTC +04:00)
Sosial reabilitasiya müəssisəsində postmüharibə dövründə 50-dən çox gözdən əlilliyi olan şəxsə xidmətlər göstərilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində postmüharibə dövründə Vətən müharibəsi əlilləri da daxil olmaqla ümumilikdə 52 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlar Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində sosial, tibbi, pedaqoji, idman, eləcə də psixoloji reabilitasiya xidmətlərinə cəlb ediliblər.

Şöbə 5-29 yaşlı gözdən əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Onların hər biri ilə fərdi inkişaf proqramına uyğun olaraq iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti