...

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 9 Mart 2023 11:42 (UTC +04:00)
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlərin tətbiqi
qaydalarında dəyişiklik edilib

Bakı. Trend:

Nazirlər Kabinetinin 1994-cü il Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti