...

Bu yolötürücüsünə giriş məhdudlaşdırılacaq

Cəmiyyət Materials 11 Noyabr 2023 13:29 (UTC +04:00)
Bu yolötürücüsünə giriş məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının 12-i səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti