...

Gələn il Şuşada "ASAN xidmət" fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 25 Noyabr 2023 12:11 (UTC +04:00)
Gələn il Şuşada "ASAN xidmət" fəaliyyətə başlayacaq
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşa şəhərində "ASAN xidmət" Mərkəzinin yaradılması ilə əlaqədar artıq işlərə start verilib.

"Azad edilmiş ərazilərdə ilk "ASAN xidmət" mərkəzi Zəngilanın Ağalı kəndində fəaliyyət göstərir. Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq. Eyni zamanda ezad olunmuş digər ərazilərdə də "ASAN xidmət" mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur", - deyə Ü. Mehdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti