...

Avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlandı (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2024 09:24 (UTC +04:00)
Avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən "BMW" markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılb. Keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər.

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyatla isə əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ümimilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti