...

İstehlakçılara ötən il 104 min manatdan çox vəsait qaytarılıb

Cəmiyyət Materials 7 Mart 2024 17:57 (UTC +04:00)
İstehlakçılara ötən il 104 min manatdan çox vəsait qaytarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabət Məcəlləsində yer alan təbii inhisar subyektlərinin müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarına dair tənzimləmə üsulları istehlakçı müraciətlərinin səmərəli həllinə fayda verəcək.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən ötən il təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan 735 istehlakçı müraciətinin 220-si təmin olunub.

Bu sahədə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilən vəsaitin ümumi məbləği 104 min 631 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti