...

Güclü maqnit qasırğası müşahidə olunur

Cəmiyyət Materials 24 Mart 2024 21:55 (UTC +04:00)

Bakı. Trend:

Martın 24-də Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqinin məlumatlarında qeyd olunub.

"Maqnit qasırğası davam edir", - deyə İnstitutdan bildiriblər.

Maqnıt qasırğası hazırda G4 səviyyəsinə çatıb ki, bu da beş indikatorlu monitorinq şkalasında "çox güclü", G5 "son dərəcə güclü", G1 isə "zəif" deməkdir.

"G4" səviyyəsi nəzərdə tutur ki, Yer kürəsində rabitəyə ciddi müdaxilə ilə yanaşı, radio rabitəsində ciddi fasilələr və peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələr qeydə alına bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti