...

Qar uçqununda həlak olmuş əsgər dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Mart 2025 12:35 (UTC +04:00)
Qar uçqununda həlak olmuş əsgər dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu, 15.08.2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidov torpağa tapşırılıb.

Trend xəbər verir ki, dəfn mərasimində onun ailəsi, yaxınları, rayon ictimaiyyətinin mümayəndələri iştirak edib.

xxx

1:23

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.

Trend-in yerli müxbiri xəbər verir ki, 15.08.2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində həlak olub.

Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri dünən aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti