...

Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır (VİDEO)

Cəmiyyət Materials 17 Aprel 2025 10:24 (UTC +04:00)
Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.

Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti