...

ASAN AI Hub körpü olmaq üçün yaradılıb - Ləman İbrahimova

Cəmiyyət Materials 2 Dekabr 2025 12:25 (UTC +04:00)
ASAN AI Hub körpü olmaq üçün yaradılıb - Ləman İbrahimova
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bizə elə bir etibarlı platforma lazımdır ki, qurumlar öz çətinliklərini elan edə, startaplar həmin çağırışlara müraciət edə və institutlar tədqiqat sorğularını yerləşdirə bilsinlər.

Trend xəbər verir ki, bu fikirləri bu gün ASAN Xidmətin ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirindəki panel müzakirəsi zamanı ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova səsləndirib.

"ASAN AI Hub çətinlikləri əməkdaşlıqlara çevirmək, ideyaları prototiplərə, prototipləri isə real həllərə çevirmək və ən əsası, heç bir sektorun təkbaşına fəaliyyət göstərməməsini təmin etmək üçün məhz bir körpü olmaq məqsədilə yaradılıb", - deyə mərkəz rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti