...

Ramiz Mehdiyev: Azərbaycanda mətbuatın vəziyyəti normaldır

Cəmiyyət Materials 5 Sentyabr 2006 15:27 (UTC +04:00)

"Mən Azərbaycanda mətbuatın vəziyyətini normal sayıram". Trend in xəbər verdiyi kimi, bu barədə bu gün jurnalistlərə Azərbaycan prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin dünənki müraciətini şərh edərkən bildirib.

O əlavə edib ki, Azərbaycan mətbuatı ölkədə yaranmış vəziyyətlə hesablaşmalıdır. "Azərbaycanda ayrı-ayrı KİV nümayəndələri mətbuatdan öz şəxsi məqsədləri üçün istifadə etməməlidirlər. Onların vəzifələri qanunda aydın göstərilib və bunun əsasında mətbuat öz fəaliyyətini davam etdirməlidir", - deyə İcra Aparatının rəhbəri qeyd edib.

Xatırladaq ki, M. Haraştinin fikrincə, islahatlar jurnalistlərə qarşı iddialara məhkəmə qadağasının qoyulması ilə başlamalı və Cinayət Məcəlləsindən böhtan, diffamasiya, şifahi təhqirlərlə bağlı işlərin insan hüquqları sahəsinə verilməsi ilə tamamlanmalıdır. Məktubda həmçinin ictimaiyyətin açıq və ətraflı məlumatlandırılması üçün jurnalistlərə bütün məhkəmə dinləmələrinə tam çıxışı təmin etmək xahişi öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti