...

10 353 abituriyent Azərbaycan texnikumlarına qəbul imtahanlarında iştirak edəcək

Cəmiyyət Materials 7 Sentyabr 2006 17:15 (UTC +04:00)

10 353 abituriyent sentyabrın 8-də keçiriləcək Azərbaycan texnikumlarına qəbul imtahanlarında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib.

2006-2007 -ci tədris ili üçün orta təhsil (9 illik) bazası əsasında ölkənin xüsusi orta təhsil müəssisələrində 8014 plan yeri ayrılıb. Onlardan 7264 yer Azərbaycan bölməsi, 215 yer rus bölməsi, 535 yer isə birgə müsabiqə üçün ayrılıb. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində keçiriləcək.

1 saat 30 dəqiqə ərzində abituriyentlər Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə (hər fənn blokunda 15 sual) imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili üzrə fənn blokunda rus dili ilə yanaşı Azərbaycan dilindən də imtahan verəcəklər. Bu abituriyentlər üçün Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunub. İmtahanların nəticələri imtahanlardan sonra bir həftə ərzində "Abituriyent" jurnalında dərc olunacaq və TQDK-nin saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti