...

Azərbaycanın səhiyyə naziri Fransa və ABŞ səfirini qəbul edib

Cəmiyyət Materials 22 Sentyabr 2006 11:28 (UTC +04:00)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Fransanın Fövqəladə və Səlahiyyətli Səfiri Amodrik Bernar dyu Şafonu qəbul edib. Trend Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin yaxın vaxtlarda Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru vəzifəsinə seçki mövzusuna da toxunublar. Fransanın səhiyyə sisteminin vəziyyəti ilə tanış olmaq üçün səfir Azərbaycan Respublikasının səhiyyə nazirini öz ölkəsinə dəvət edib.

Bununla yanaşı, O.Şirəliyev həmçinin ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ənn Dersi ilə də görüşüb. Görüşdə həmçinin Amerika tərəfindən səfirin iqtisadi məsələlər üzrə müşaviri Kerolayn Haydia, ABŞ İnkişaf Agentliyinin Azərbaycan üzrə direktoru Skott Teylor da iştirak edib. Görüş zamanı səhiyyə sahəsi üzrə birgə layihələr müzakirə edilib, o cümlədən "quş qripi" probleminə və qlobal yoluxucu xəstəliklərlə mübarizə məsələlərinə böyük diqqət verilib. Səfir öz çıxışında Azərbaycanın bu pandemiya ilə mübarizədə son dərəcə uğurlu iş gördüyünü açıqlayıb və qeyd edib ki, digər ölkələr də bu xəstəliyin aradan qaldırılması üçün Azərbaycanın təcrübəsindən istifadə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti