Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baronessa Viven Stern Bakıdakı 1 saylı islah-əmək koloniyasına baş çəkib. Bu barədə Trend ə Britaniya Şurasının (British Council) təhsil üzrə layihələrinin meneceri Leyla Həsənova məlumat verib.
Səfərdə məqsəd Azərbaycanın penitensiar sistemində siyasi və ictimai islahatları daha da əhəmiyyətli etmək, Ədliyyə Nazirliyi və vətəndaş cəmiyyətini dəstəkləməkdən ibarətdir. Baronessa Stern bir çox ölkələrdə olub və penitensiar sistemdə islahatların aparılması sahəsində məsləhətlər verib, bu mövzu ilə bağlı bir sıra kitablar yazıb.