...

Azərbaycanda qeyri-sabit hava şəraiti martın sonuna kimi davam edəcək

Cəmiyyət Materials 27 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Martın 29-dan başlayaraq Azərbaycanda hava şəraiti nisbətən sabitləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, həftəsonu havanın temperaturu 4-5 dərəcə yüksələcək. Verdiyev bildirib ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Əksər ərazilərdə yağış yağacaq, şimal-şərq rayonlarında yağıntılar intensivləşəcək. Dağətəyi ərazilərdə isə sulu qar yağacaq.

Xəbər lenti

Xəbər lenti