...

MOK-un vitse-prezidenti: "Yay oyunları-2016-nın Bakıda keçirilməsi Azərbaycanda idmanın inkişafı üçün yeni perspektivlər açır"

Cəmiyyət Materials 14 Aprel 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Yay oyunları-2016-nın Bakıda keçirilməsi üçün müraciətin verilməsi faktı özü-özlüyündə Azərbaycanda idmanın inkişafı üçün yeni perspektivlər açır". Bu fikri Trend ə açıqlamasında Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu oyunların təşkilində Bakı şəhərinin namizədliyinin perspektivlərini şərh edəpkən söyləyib.

O qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiadanın keçirilməsi yerinin seçimini iki mərhələyə bölür. Birinci mərhələdə ilkin namizədlər arasında seçim aparılır, növbəti mərhələdə isə müvafiq siyahıya düşənlər arasında seçim edilir. "Əlbəttə ki, Bakının ikinci mərhələyə adlaması yaxşı olardı. Lakin adətən bu mərhələni keçən namizədlərin sayı məhdud olur. Eyni zamanda demək lazımdır ki, əsas namizədlər arasına düşməyin özü artıq müəyyən üstünlüklər verir və istənilən halda şəhərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər aparılmalıdır. Hər halda dövlət bu layihə üçün kifayət qədər böyük maliyyə vəsaitləri ayırır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti