...

Həkimlər üçün vahid resept blankları hazırlanıb

Cəmiyyət Materials 24 Aprel 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /korr.TrendLife Fərid Sadıxov/ Səhiyyə Nazirliyinin araşdırmaları nəticəsində məlum olub ki, son illər tibb müəssisələrində çalışan əksər həkimlər xəstələrə dərman yazarkən reseptlər üçün müəyyənləşdirilən standart blanklardan istifadə etmirlər. Bu məsələni ciddi problem hesab edən nazirlik reseptlərin yazılması ilə bağlı yeni qaydalar hazırlayıb.

Səhiyyə Nazirliyindən TrendLife-a verilən məlumata görə, artıq gələn həftədən Azərbaycanda vahid resept blankı istifadə olunacaq. Bununla əlaqədar nazir Oqtay Şirəliyevin xüsusi əmr imzalayacağı gözlənilir. Həmin əmrlə həkimlərin müxtəlif firmaların resept blanklarından istifadə edərək resept yazması qadağan olunacaq.

Səhiyyə Nazirliyinin bu qaydalarına əməl etməyən həkimlər barəsində müvafiq ölçü götürüləcək.

Xəbər lenti

Xəbər lenti