Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın "Kəpəz" komandası ilə Moskvanın "Spartak" klubunun əvəzedici heyəti arasında yoldaşlıq oyunu keçiriləcək.
Trend-in Gəncənin "Kəpəz" peşəkar futbol klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Antalyada təlim-məşq toplanışında olan komanda bazar ertəsi sonuncu yoxlama oyununda qüvvəsini sınayacaq.
Gəncəlilərin növbəti rəqibi Moskvanın "Spartak" klubunun əvəzedici heyəti olacaq. Fuad İsmayılov bu dəfə komandanın gənc futbolçularına şans vermək niyyətindədir.
Qeyd edək ki, "Kəpəz" Antalyada Qazaxıstan və Polşa komandalarına qalib gəlib.
Azərbaycan və Rusiyanın futbol klubları güclərini sınayacaqlar
Azərbaycanın "Kəpəz" komandası ilə Moskvanın "Spartak" klubunun əvəzedici heyəti arasında yoldaşlıq oyunu keçiriləcək.