...

Azərbaycanın Yunan-Roma güləşi üzrə yığma komandası beynəlxalq turnirdə ikinci olub

İdman Materials 19 Noyabr 2012 12:17 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda iştirak edib.
Azərbaycanın Yunan-Roma güləşi üzrə yığma komandası beynəlxalq turnirdə ikinci olub

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Belarusun paytaxtı Minsk şəhərində Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX beynəlxalq turnir başa çatıb. Yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda iştirak edib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxstan, Polşa və Belarusu təmsil edən iki komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparıb.

Azərbaycan yığması Polşa, Litva və Belarus-1 komandaları ilə "B" yarımqrupunda mübarizə aparıb. Qrupda bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıblar.

Finalda rəqib "A" yarımqrupunun birincisi olan Rusiya təmsilçiləri olub. Final görüşünü 5-2 hesabı ilə uduzan güləşçilərimiz turniri ikinci sırada tamamlayıblar. Rusiya birinci, Belarus-1 komandası isə üçüncü olub.

Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib.

Görüşlərin idarə edilməsində Azərbaycandan beynəlxalq dərəcəli hakim Asif Şirəliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti