...

Klublarımızın növbəti sınağı

İdman Materials 18 İyul 2013 07:27 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Klublarımızın növbəti sınağı

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Trend-in məlumatına görə, bu mərhələ çərçivəsində cəmi 39 oyun baş tutacaq ki, bunların sırasında təmsilçilərimizin də görüşləri var.

"Qarabağ" doğma meydanda Polşanın "Piast" klubunu qəbul edəcək. Paytaxtın "İnter" klubu Norveçdə "Tromse" klubunun qonağı olacaq.

"Xəzər Lənkəran" isə çətin səfər oyununda İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq.

"Qarabağ" - "Piast" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Tromse" - "İnter", "Makkabi" - "Xəzər Lənkəran" oyunları isə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab görüşləri iyulun 25-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti