...

"Bakı" ispaniyalı futbolçunu heyətinə qatıb

İdman Materials 31 Avqust 2013 16:42 (UTC +04:00)
"Bakı” klubu transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə qatıb.
"Bakı" ispaniyalı futbolçunu heyətinə qatıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

"Bakı" klubu transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə qatıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "zolaqlılar" ispaniyalı futbolçu Alberto Noqeyra ilə 1 illik müqavilə bağlayıb.

Noqeyra 1989-cü il, 24 sentyabr İspaniyanın Madrid şəhərində anadan olub.

Futbolçu karyerasına "Rayo Valekano B" komandasında başlayan Noqeyra daha sonra "Rayo Maxadohonda", "Reyes", "Atletiko C", "Atletiko B", "Atletiko" və "Blekpul" klublarında çıxış edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti