...

CEV kuboku və "Çelenc Cup"-da azərbaycanlı voleybolçuların rəqibləri müəyyənləşçdi

İdman Materials 13 İyun 2014 11:38 (UTC +04:00)
Qadın voleybolçular arasında CEV kubokunun və “Çelenc Cup”-ın püşkatma mərasimi keçirilib. Lüksemburqda baş tutan tədbirdə Azərbaycan klublarının rəqibləri bilinib.
CEV kuboku və "Çelenc Cup"-da azərbaycanlı voleybolçuların rəqibləri müəyyənləşçdi

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Qadın voleybolçular arasında CEV kubokunun və "Çelenc Cup"-ın püşkatma mərasimi keçirilib. Lüksemburqda baş tutan tədbirdə Azərbaycan klublarının rəqibləri bilinib.

Trend Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, CEV kubokunda ölkəmizi təmsil edəcək Super Liqanın bürünc medalçısı "İqtisadçı"nın bəxtinə İspaniya "Loqrono"su düşüb. Komandamız 1/16 final mərhələsindən yarışa qatılacaq və bu rəqibi keçəcəyi halda, "Orbita" (Ukrayna) - "Daufines" (Belçika) cütünün qalibi ilə görüşəcək.

Digər Bakı təmsilçisi "Lokomotiv" isə "tələbələrlə" müqayisədə daha güclü komanda ilə qarşılaşacaq. Püşk 1/16 finalda "dəmiryolçular"a Almaniya "Rote Raben"ini qismət edib. Komandamız rəqibini mübarizədən kənarlaşdırarsa, "Salsit" (Sloveniya) - "Srvena Zvezda" (Serbiya) cütünün güclüsünü sınağa çəkəcək.

"Çelenc Cup"-da gücünü yoxlayacaq "Azərreyl" isə ilk mərhələdən azaddır və yarışa II təsnifatdan qoşulacaq. Super Liqanın yarımfinalçısı Avstriya "İnnsbruk" klubu ilə düşüb.

Qeyd edək ki, CEV kubokunun 1/16 final və "Çelenc Cup"-ın II təsnifat mərhələsinin ilk oyunları noyabrın 11-13-də, cavab görüşləri həmin ayın 25-27-də olacaq. Komandalarımızın hər üçü birinci qarşılaşmasını səfərdə keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti