Azərbaycan, Bakı, 5 avqust /Trend/
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.
Trend-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bakıda Şotlandiyanın "Seltik" klubunu qəbul edib.
Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi bu dəfə də qələbə qazana bilməyib.
Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasının sonuncu - IV təsnifat mərhələsinə vəsiqə qazanıb.