...

Azərbaycan Avropa çempionatına 21 güləşçi ilə gedir

İdman Materials 20 İyun 2016 17:08 (UTC +04:00)
Rumıniyada güləş üzrə gənclər arasında Avropa çempionatı başlayır.
Azərbaycan Avropa çempionatına 21 güləşçi ilə gedir

Bakı. Trend:

21-26 iyun 2016-cı il tarixdə Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Yığma komandanın böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Buxarestə Azər Nəsibli (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), Sənan Süleymanov (66 kq), Mehrac Kərimov (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Adəm Cəlilov (120 kq) yollanıblar.

İyunun 23-24-də çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 5 güləşçimiz iştirak edəcək. Ölkəmizi Zelfira Ələkbərli (44 kq), Sona Tumarxanova (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) təmsil edəcəklər.

Avropa çempionatının son iki günündə mübarizəyə sərbəst güləşçilər qoşulacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında çempionata Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Əli Rəhimzadə (60 kq), Fazil Həsənov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) yollanacaqlar.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz yeni tarix yazaraq ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti