...

“Seltik” və “Reyncers” İngiltərə Futbol Liqasına daxil ola bilər

İdman Materials 29 Avqust 2016 18:01 (UTC +04:00)
Şotlandiyanın “Seltik” və “Reyncers” futbol klubları İngiltərə Futbol Liqasına daxil ola bilər.
“Seltik” və “Reyncers” İngiltərə Futbol Liqasına daxil ola bilər

Bakı. Trend:

Şotlandiyanın “Seltik” və “Reyncers” futbol klubları İngiltərə Futbol Liqasına daxil ola bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu, tərkibinə 72 klubun daxil olduğu və 3 diviziondan ibarət İngiltərə Futbol Liqasının genişləndirilməsi üzrə islahatlar nəticəsində baş verə bilər.

İslahatlardan sonra liqa 80 kluba qədər genişlənəcək, nəticədə beşinci divizion yaranacaq. Məhz “Seltik” və “Reyncers” beşinci diviziona daxil ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti