...

Biznes-liqada iştirak üçün, korporativ komandaların qeydiyyatı davam edir (FOTO/VİDEO)

İdman Materials 21 Fevral 2018 11:21 (UTC +04:00)
ABL Cup 2017/18 turnirində iştirak etmək üçün qeydiyyat 16 mart tarixinə qədər davam edir.
Biznes-liqada iştirak üçün, korporativ komandaların qeydiyyatı davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

ABL Cup 2017/18 turnirində iştirak etmək üçün qeydiyyat 16 mart tarixinə qədər davam edir.

Biznes-liqanın payız mövsümü maraqla qarşılanıb. Məhz bu səbəbdən digər şirkətlər də, iştirakçı olmaq üçün təşkilatçılara müraciət etdilər. ASEP təşkilatçı olaraq, yeni komandaların qeydiyyatına başlayıb. İştirakçı olmaq hüququnu qazanmaq üçün, əsasnaməyə uyğun olaraq, komanda tərkibinin peşəkar statusu və çalışdığı müəssisədə fəaliyyətinin təsdiqi yoxlanılacaq.

Qeyd edək ki, turnirin payız kubokunda 32 korporativ komanda iştirak edib, əksər komandalar yaz kubokunda da iştirakını təsdiqləyib. Bir neçə komanda, turnirdə iştirakın yekunlaşdırıb. Bütün bunlara baxmayaraq, təşkilatçılar qeyd edib ki: Yeni komandaların iştirakı ilə, Yaz kuboku daha dinamik və maraqlı keçəcək.

Turnirin bütün məqamları haqqında məlumatları, rəsmi saytda izləyə bilərsiniz:

www.abl.az

Mini-futbol üzrə «АBL» çempionatı 3 mərhələdən ibarətdir.
1-ci mərhələ:
АBL-in Payız kubokunun oynanması (oktyabr-dekabr 2017-ci il)
2-ci mərhələ:
АBL-in Yaz kubokunun oynanması (aprel-iyun 2018-ci il)
3-cü mərhələ:
АBL Superkuboku uğrunda yarış (iyun 2018-ci il)

Payız Kubokunun oynanması və Yaz Kubokunun oynanması 2 mərhələni ehtiva edir:
Birinci mərhələ - qrup mərhələsi.

Komandalar qruplara ayrılır (hər qrupda 4 komanda olmaqla). Qruplara ayırma püşk atma yolu ilə həyata keçirilir. Qrup daxilində hər bir komanda 3 oyun keçirir. Qrup matçlarında xalların hesablanması: qələbə - 3 xal, heç-heçə - 1 xal. Hər bir qrupun daha çox xal toplamış 2 komandası 1-dən 16-ya qədər yerlərin müəyyən olunması üçün pley-off setkasına çıxır, digər 2 komanda isə 17-dən 32-yə qədər yerlərin müəyyən olunması üçün pley-off setkasına düşür.

İkinci mərhələ - genişləndirilmiş olimpiya sistemi üzrə pley-off mərhələsi.

Oyun cütlərinin tərkibini müəyyən etmək üçün püşk atılır.
1/8 final mərhələsində setkanın yuxarı hissəsində qrup qalibləri ikinci yer tutmuş komandalarla oynayır, setkanın aşağı hissəsində isə üçüncü yerləri tutmuş komandalar dördüncü yerlərin sahibləri ilə yarışır. Bir qrupa daxil olan komandalar bir-biri ilə yarışa bilməz. Püşk atma dərhal növbəti mərhələlər: dörddə bir finallar və yarımfinallar üçün də keçirilir.

Qalib gəlmiş komanda digər qalib komandalardan biri ilə, uduzmuş komanda isə digər uduzmuşlardan biri ilə qarşılaşır. Setkanın aşağı hissəsində də oyun cütlərini müəyyən etmək üçün analoji qaydada dərhal püşk atılır. Əsas vaxt ərzində hesab heç-heçə olduqda qalib komanda əlavə vaxt ərzində müəyyən olunur. Əlavə vaxt ərzində oyun heç-heçə ilə başa çatdıqda qalib komanda 6-metrlik zərbə seriyasında müəyyən olunur (üç zərbədən ibarət seriya, sonra isə birinci yayınmaya qədər).

Dörddə bir finallardan sonra yarımfinallar gəlir, ən sonda isə final oyun baş tutur.
Nəticədə üçüncü mərhələdə komandalardan hər biri 4 matç keçirəcək, bununla da 1-dən 32-dək bütün yerlər müəyyən olunacaq.

ABL Superkuboku uğrunda yarış Payız-qış Kubokunun və Yaz-yay Kubokunun sahibləri arasında keçirilir. Bir komanda həm Payız kubokunun oynanması zamanı, həm də Yaz kubokunun oynanması zamanı qalib gəldiyi halda avtomatik surətdə Superkuboka sahib olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti