...

Tamaşaçı: Azərbaycan gimnastlarına uğurlar arzu edirəm

İdman Materials 27 Aprel 2018 14:54 (UTC +04:00)
Mənə bədii gimnastika üzrə Dünya Kubokunun necə keçəcəyi maraqlı oldu, ona görə böyük məmnuniyyətlə Milli Gimnastika Arenasına gəldim.
Tamaşaçı: Azərbaycan gimnastlarına uğurlar arzu edirəm

Bakı. Cani Babayeva - Trend:

“Mənə bədii gimnastika üzrə Dünya Kubokunun necə keçəcəyi maraqlı oldu, ona görə böyük məmnuniyyətlə Milli Gimnastika Arenasına gəldim”.

Bunu Trend-ə tamaşaçı Lalə Əhmədova deyib.

O qeyd edib ki, bu cür iri yarışa ilk dəfə gəlir:

“Mənim övladım da gimnastika ilə məşğul olur və mən onu çıxışlara baxmağa gətirmək istəyirəm”.

L.Əhmədova Azərbaycan gimnastlarına Dünya Kubokunda uğurlar arzulayıb.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti