...

Formula 1 pilotu Niko Hülkenberq cəzalandırıldı - 5 mövqe geridən başlayacaq

İdman Materials 28 Aprel 2018 16:25 (UTC +04:00)
Formula 1 pilotu Niko Hülkenberq mühərrik dəyişikliyi ilə əlaqədar cəzalandırıldı.
Formula 1 pilotu Niko Hülkenberq cəzalandırıldı - 5 mövqe geridən başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Formula 1 Azərbaycan Qran Prisində “Renault” komandasının almaniyalı pilotu Niko Hülkenberq mühərrik dəyişikliyi ilə əlaqədar beş mövqe cəzalandırılıb.

Trend-in məlumatına görə, N.Hülkenberq 3-cü sərbəst yürüş zamanı pit-stop həyata keçirərkən komanda texniki qüsurlarla əlaqədar mühərriki dəyişməli olub.

Formula 1 qaydalarına əsasən bir mühərrik azı 6 mərhələdə istifadə olunmalıdır. Bununla əlaqədar olaraq N.Hülkenberqə cəza verilib.

Beləliklə, təsnifat mərhələsində tutacağı yerdən asılı olmayaraq, N.Hülkenberq yarışa 5 mövqe geridən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti