...

Tamaşaçı: Bakıda bədii gimnastika üzrə Avropa çempionatını böyük maraqla izləyirik

İdman Materials 17 May 2019 21:27 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının açılış mərasimi o qədər möhtəşəm idi ki, podiumdan gözlərimizi çəkə bilmirdik.
Tamaşaçı: Bakıda bədii gimnastika üzrə Avropa çempionatını böyük maraqla izləyirik

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının açılış mərasimi o qədər möhtəşəm idi ki, podiumdan gözlərimizi çəkə bilmirdik.

Bunu Trend-ə tamaşaçı Ramilə Həsənli deyib.

R.Həsənli Avropa çempionatının gözəl getdiyi qeyd edib:

"Yarışları izləmək üçün tez-tez Milli Gimnastika Arenasına gəlirik. Qızım bədii gimnastika ilə məşğul olur və buna görə də 4 yaşından onu buraya gətirirəm. Bu, qızımı daha çox məşq etməyə həvəsləndirir. Məşhur gimnastları, onların mürəkkəb elementləri necə yerinə yetirdiklərini izləyir və özü də daha yaxşı nəticələr göstərir".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti